Platforma · Komanda və icazələr

Komanda və icazələr: kim nəyi görür və edir, sən təyin et

Mühasibin fakturaları görsün, amma maaşları görməsin; satış komandan təklif hazırlasın, amma e-faktura göndərməsin. CoSuite-də 51 modulda 220 ayrı icazə var. Hazır rol şablonları ilə bir neçə dəqiqəyə qurursan, lazım olanda bir nəfərə xüsusi icazə verir və ya götürürsən.

Hazır rollarla sürətli başla

Komandanı tək-tək tənzimləmək məcburiyyətində deyilsən. CoSuite bizneslərdə ən çox rast gəlinən vəzifələr üçün hazır rol şablonları ilə gəlir. İşçini dəvət edəndə rolunu seçirsən, həmin rolun tələb etdiyi icazələr avtomatik təyin olunur.

  • İnzibatçı
  • Mühasib
  • Satış
  • Marketinq
  • Layihə rəhbəri
  • Dəstək
  • Yalnız oxu

Bax, yarat, sil-in ötəsində

Əksər proqramlarda icazə üç seçimdən ibarətdir və biznes üçün ən həssas əməliyyatlar onların arasında itir. CoSuite-də e-sənəd göndərmə, işçi maaşlarını görmə, hesab balanslarını görmə və məlumatları ixrac etmə ayrı-ayrı icazələrdir.

Beləliklə fakturanı hazırlayan şəxslə onu vergi orqanına göndərən şəxsi ayıra, işçi kartlarını redaktə edən birinə maaş məlumatını bağlı saxlaya bilərsən.

Şəxsə xüsusi icazə, qeydə alınan hər dəyişiklik

Rol şablonu başlanğıcdır. Bir işçiyə rolundan kənar bir icazə vermək və ya rolundakı icazəni götürmək istəyəndə bunu yalnız həmin şəxs üçün edirsən. İcazələrdəki hər dəyişiklik tarixçəyə yazılır; kimin, nə vaxt, hansı icazəni aldığını sonradan görə bilərsən.

Komanda böyüdükcə qayda işləməyə davam edir: yeni gələnə rolunu verirsən, gedənin girişini bir yerdən bağlayırsan.

Agentliklər üçün müştəri üzrə icazə

Müştəriləri adına işləyən agentliklərdə hər müştəri ayrıca CoSuite hesabıdır. Komandandakı hər kəsə yalnız cavabdeh olduğu müştərilərdə və yalnız lazım olan işlərdə icazə verirsən. Müştərilər arasında bir kliklə keçilir, amma bir müştərinin məlumatı digərinə qarışmır.

FAQ

Tez-tez verilən suallar

Bütün suallara bax →

Neçə fərqli icazə təyin etmək olar?

CoSuite-də 51 modulda cəmi 220 ayrı əməliyyat icazəsi var. Hazır rollar onları tez-tez rast gəlinən vəzifələrə görə qruplaşdırır; istəsən şəxs üzrə tək-tək açıb bağlaya bilərsən.

Mühasibim maaşları görmədən fakturalarla işləyə bilər?

Bəli. Maaşları görmə, balansları görmə və e-sənəd göndərmə ayrı icazələrdir. Mühasibə fakturalarda tam icazə verib maaş məlumatını bağlı saxlaya bilərsən.

İcazə dəyişikliklərini izləyə bilərəm?

Bəli. İcazələrdəki hər dəyişiklik tarixçəyə yazılır; kimin hansı icazəni nə vaxt aldığını və ya itirdiyini sonradan görə bilərsən.

Hazır rolları dəyişə bilərəm?

Rol şablonu başlanğıc nöqtəsidir. Bir nəfərə rolundan kənar icazə verə və ya rolundakı icazəni götürə bilərsən.

CoSuite

Hazır olanda biz də hazırıq.

Erkən girişə qoşul, quraşdırmada birlikdə irəliləyək.