Həllər · Petşop

Petşop üçün anbar, satış və sosial media idarəsi

Petşopda rəflər tez dəyişir: yem, qum, aksesuar. ZooAsist anbarı və satışı izləyir, CoSuite isə rəyləri və sosial medianı eyni hesabda toplayır. Sektorunu seçəndə tövsiyə olunan modullar hazır gəlir; nəyin bitdiyini, nəyin satıldığını bir baxışda görürsən.

Petşopların hər gün qarşılaşdığı problemlər

Kiçik mağazada belə yüzlərlə məhsul dövr edir. Anbar gözlə izlənəndə ən çox satılan məhsul rəfdə bitmiş olur, kampaniyalar isə elan olunmadan keçir.

  • Bitən məhsulun yalnız müştəri soruşanda fərq edilməsi
  • Satışların və anbar girişlərinin kağızda və ya yaddaşda saxlanması
  • Kampaniyaları müştəriyə çatdırmaq üçün mütəmadi kanalın olmaması
  • Instagram-da paylaşım üçün vaxtın olmaması
  • Google rəylərinin izlənməməsi

ZooAsist ilə anbar və satış

Tövsiyə olunan paketdəki Anbar və satış modulu petşop sektorunda ZooAsist ilə işləyir: anbar izləmə, sürətli satış və kampaniyalar bir yerdə. Satdıqca anbar azalır, nəyin tükəndiyini görürsən.

ZooAsist baytar klinikaları və petşoplar üçün hazırlanmış müstəqil məhsuldur. CoSuite-dən alanda hesabın orada da hazır olur; ayrıca şifrə daxil etmədən keçir, abunəliyi bir fakturada görürsən.

Rəylər və sosial media

Biznes profili və rəylər modulu Google Biznes Profilindəki rəyləri bir yerdə toplayır; AI qaralaması ilə cavablayır, razı müştəriyə rəy istəmə linki göndərirsən.

Sosial media modulu SocialAsist-dən gəlir. Məzmun təqvimi ilə yeni məhsulları və kampaniyaları planlaşdırır, AI ilə şəkil və video hazırlayır, şərh və mesajları bir qutuda cavablayırsan. Müştərin hər tətbiqdə eyni şəxs kimi tanınır.

Necə başlamaq olar

Qeydiyyatda sektor kimi petşopu seç; Anbar və satış, rəylər və sosial media tövsiyə olunan kimi işarələnmiş gəlir. Ehtiyacına görə əlavə edib çıxarırsan. İlk 14 gün pulsuzdur, kart məlumatı istəmirik.

Tövsiyə olunan modullar

Bu sahəni seçəndə aşağıdakı modullar hazır işarələnmiş gəlir; istədiyini çıxarır, istədiyini əlavə edirsən.

FAQ

Tez-tez verilən suallar

Bütün suallara bax →

Anbar və satış modulu petşopdan başqa sektorlarda da var?

Bəli. Petşop və baytar sektorunda ZooAsist-in Anbar və satış modulu işləyir; digər sektorlarda CoSuite-in öz Anbar və satış modulu istifadə olunur.

Bir neçə mağazam var, nə etməliyəm?

ZooAsist-in Anbar və satış modulu filial başına qiymətlənir. Qeydiyyatda filial sayını seçirsən, qiymət buna görə hesablanır.

Sosial media üçün neçə hesab qoşa bilərəm?

Sosial media modulu hesab başına qiymətlənir; qeydiyyatda lazım olan hesab sayını seçir və istədiyin vaxt dəyişə bilərsən.

Tövsiyə olunan bütün modulları almalıyam?

Xeyr. Hər modul ayrıca alına bilər. Əlavə etmə dərhal qurulur, çıxarma dövrün sonunda qüvvəyə minir.

CoSuite

Hazır olanda biz də hazırıq.

Erkən girişə qoşul, quraşdırmada birlikdə irəliləyək.